Şriftin ölçüsü :

Saytın rəngi :

Narlıq kəndində səyyar qəbul keçirilmişdir

13 sentyabr 2018 | 16:00

 

Sentyabrın 13-də Narlıq kənd tam orta məktəbinin həyətində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Narlıq kənd sakinləri ilə görüş keçirmişdir. Qəbulda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq aqrar sahənin, xüsusilə pambıqçılığın və baramaçılığın ölkəmizdə, eləcə də rayonumuzda inkişafı sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Bildirmişdir ki, bu sahələrdə böyük uğurlar əldə edilmişdir. Müvəffəqiyyətlərlə yanaşı, nöqsanlar da mövcuddur. Hazırda Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik pambıq tədarükünə dair cədvəldə 13-cü yerdə gedir. Yığımın sürəti keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalmışdır. Pambıq yığımını sürətləndirmək, imkanlardan və ehtiyat mənbələrindən səmərəli istifadə etmək üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.

Nazim İsmayılov bildirmişdir ki, burada baramaçılıqda da vəziyyət qənaətbəxş deyildir. Barama tədarükünə dair tapşırıq 82 faiz yerinə yetirilmişdir. Rayon rəhbəri pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.

Tədbirdə RİHB-nin Yolçubəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadəli Şahlarovun məlumatı dinlənilmişdir.

Kənd sakinlərindən Gülbala Əkbərov, Rabil Cəfərov, Əlövsət Ələkbərov, Lazım Alıpaşayev, Cəlil Kərimov və başqaları müxtəlif təkliflərlə çıxış etmiş, problemlərdən danışmışlar.

Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq qaldırılan məsələlərlə əlaqədar rayonun aidiatı təşkilatlarının rəhbərlərinin, kənd ərazi nümayəndəsinin və bələdiyyənin qarşısında duran vəzifələrdən danışmış, konkret tapşırıq və tövsiyyələrini vermişdir.

Keçidlər