Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıq yığımı ilə əlaqədar ümumrayon müşavirəsi keçirilmişdir

12 sentyabr 2018 | 16:00

Sentyabrın 12-də Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımı ilə əlaqədar ümumrayon müşavirəsi keçirilmişdir. Tədbirə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət təmsilçiləri, qərargah üzvləri, kənd təsərrüfatına xidmət edən müəssisələrin, idarə və təşkilatların rəhbərləri dəvət edilmişdilər.

Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Ölkə rəhbəri pambıqçılığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Bütün bunlar isə kənd adamlarının maddi vəziyyətlərinin yaxşılaşmasına, onların məşğulluğunun təmin olunmasına xidmət edir.

İcra başçısı Nazim İsmayılov vurğulamışdır ki, cari ildə 13055 hektar sahədə pambıq əkilmişdir. Sahələrə aqrotexniki qaydada qulluq edilmiş, bol məhsul yetişdirilmişdir. Məhsul yetişdirmək işin bir tərəfidir. İndi əsas vəzifə gərgin zəhmət bahasına yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarətdir. Pambığın son qozasınadək yığılıb tədarük məntəqələrinə göndərilməsi üçün bütün qüvvələr səvərbərliyə alınmalıdır. Əl ilə yığım nümunəvi təşkil edilməlidir. Pambıqyığan maşınların gücündən də maksimum səmərəli istifadə olunmalıdır. Pambıq yığımının sürəti artırılmalıdır.

Yığıncaqda şirkət təmsilçilərinin məlumatları dinlənilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov digər məsələlərdən də danışmış, yığıncaq iştirakçılarına tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər