Şriftin ölçüsü :

Saytın rəngi :

Kovlar kəndində səyyar qəbul keçirilmişdir

04 sentyabr 2018 | 16:00

Sentyabrın 4-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Kovlar kənd tam orta məktəbində Kovlar kənd sakinləri ilə görüş keçirmişdir. Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmışdır. Rayon rəhbəri çıxışında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi önəm verir. Qeyri-neft sektoru isə əsasən aqrar sahədir. Aqrar sahənin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan qarşımıza mühüm vəzifələr qoyulmuşdur.

İcra başçısı pambıqçılıqda və baramaçılıqda ölkəmizdə və rayonumuzda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışaraq bildirmişdir ki, bu sahələrin inkişaf etdirilməsi prioritet vəzifədir. Buna görə də hər kəs bu sahələrdə irəliləyişə nail olmaq üçün maksimum səy göstərməlidir.

Nazim İsmayılov eyni zamanda bu sahədə olan çətinliklərdən, problemlərdən, nöqsanlardan da danışmışdır.

RİHB-nin Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin məlumatı dinlənilmişdir.

Kənd sakinlərindən Əliqardaş İbrahimov, Gülməmməd Məmmədov, Qulaməli Həsənov və başqaları çıxış edərək öz təkliflərini vermiş, fikir mübadiləsi etmişlər.

Rayon rəhbəri Nazim İsmayılov kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar vermiş, qarşıda duran vəzifələrdən danışaraq tədbiri yekunlaşdırmışdır.

Keçidlər