Şriftin ölçüsü :

Saytın rəngi :

Əsədli kəndində səyyar qəbul keçirilmişdir

28 avqust 2018 | 16:00

Avqustun 28-də Əsədli kənd tam orta məktəbinin qarşısında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Əsədli kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarələrə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq ölkəmizdə və rayonumuzda görülmüş quruculuq işlərindən danışmışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülmüş bir sıra tədbirləri də iştirakçılara çatdırmışdır. Bildirmişdir ki, aqrar sahənin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunması, onların sosial-rifah halının yaxşılaşdırılması deməkdir.

Rayon rəhbəri pambıqçılıq və baramaçılıq sahələrində respublikamızda və rayonumuzda görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd etmişdir ki, bu sahədə uğurlarla yanaşı, nöqsanlar da mövcüddür. Qaralar kənd inzibati ərazi dairəsində pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Ərazinin 4 kəndində 6 min nəfərdən yuxarı əhali yaşayır. Lakin torpaq mülkiyyətçilərinin gücündən səmərəli istifadə edilmir. Əkinlər kortəbii, plansız aparılır. Növbəli əkin sistemi unudulmuşdur. Taxıl və digər bitkilər hər il eyni yerə əkildiyindən məhsuldarlıq ilbəil azalır. 600 hektar yoncanın 80 hektarı təzədir. Burada pambıqçılıqda vəziyyət acınacaqlıdır. 2016-cı ildə 149 hektar sahədən 15 sentnerə yaxın pambıq götürülmüşdür. Ötən il isə bu rəqəm 10 sentner təşkil etmişdir. Göründüyü kimi, məhsuldarlıq aşağı düşmüşdür.

RİHB-nin Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lütvəli Nəsirovun məlumatı dinlənilmişdir. O, çıxışında qeyd etmişdir ki, nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün lazım gələn bütün tədbirlər görüləcək, gələn il 500 hektar pay torpağında pambıq əkilməsi təmin ediləcəkdir.

Kənd sakinlərindən Məmmədhəsən Həsənov, Saleh Abuşov, Həsənağa Nəsirov, Əlizamin Soltanov və başqaları tədbirdə çıxış etmişlər.

Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq problemlərin araşdırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinin, kənd icra nümayəndəsinin və bələdiyyənin qarşısında duran vəzifələrdən danışmış, aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Keçidlər