Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Pambığın becərilməsində aqrotexniki tədbirlərin təşkili» mövzusunda müşavirə keçirilmişdir

03 avqust 2018 | 16:00

Avqustun 3-də Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə «Pambığın becərilməsində aqrotexniki tədbirlərin təşkili» mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə kənd ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, pambıqla əlaqədar şirkətlərin təmsilçiləri, sahibkarlar, fermerlər, eləcə də meliorasiya idarələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq müşavirənin məqsəd və məramından danışmışdır. Qeyd etmişdir ki, pambıqçılığın inkişaf etdirilməsinin tərkib hissəsi kimi bu müşavirənin böyük əhəmiyyəti vardlır.

Müşavirədə Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov «Pambıqçılığın inkişaf perspektivləri», Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov «Aqrar universitetin fəaliyyəti və mütəxəssis boşluğunun  aradan qaldırılması yolları», Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov «Pambığın intensiv texnologiyalar əsasında becərilməsi», Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov «Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları», Bitki Mühafizi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri Azad İbrahimov «Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi» mövzularında məruzə etmişlər.

Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.

Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov yekun vurmuşdur.

Tədbir iştirakçıları, eləcə də qonaqlar Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli «Əmək» ordenli, Prezident təqaüdçüsü Fatma Hüseynovanın pambıq sahələrinə baxmışlar.

Keçidlər