Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş ailələrin müşayiəti» layihəsi çərçivəsində tədbir keçirilmişdir

19 iyul 2018 | 16:00

İyulun 19-da «Ana Kür» şadlıq sarayında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin dəstəyi ilə tədbir keçirilmişdir. BQXK Azərbaycan nümayəndəliyinin müşayiətçilər şəbəkəsinin layihəsi çərçivəsində Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin ailələrinə psixoloji, sosial və mənəvi dəstək göstərmək məqsədilə region üzrə itkin ailələr ilə görüşə həsr olunmuş tədbiri giriş sözü ilə AVMVİB rayon şöbəsinin sədri Faiq Hüseynov açmışdır.

Vətənimizin ərazi bütövlüyünün qorunması yolunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

BQXK-nin Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş ailələrin müşayiəti layihəsinin rəhbəri Günay Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyasının dissertantı, BDU-nun müəllimi, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əliyeva, Rusiyada yaşayan iş adamı Fərhad Əhmədov, Qarabağ qazilərindən Səyyar Kərimov, Rəhman Bağırov, Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin valideynləri adından Güldəstə xanım və onun gəlini Mətanət xanım, habelə Saatlı rayonundan sirdaş-əlaqələndirici Şəhla Cəfərova və başqaları çıxış etmişlər.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər