Şriftin ölçüsü :

Saytın rəngi :

Qalağayın kəndində səyyar qəbul keçirilmişdir

17 iyul 2018 | 16:00

İyulun 17-də Qalağayın kənd tam orta məktəbinin həyətində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Qalağayın kəndinin sakinləri ilə görüşmüşdür.

Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə məşğul olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Rayon rəhbəri eyni zamanda bildirmişdir ki, ölkəmizdə aqrar sahənin, xüsusilə də pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər görülmüşdür. Rayon rəhbəri pambıqçılıqda və baramaçılıqda qazanılmış uğurlardan ətraflı bəhs etmişdir. Eyni zamanda bildirmişdir ki, bu sahədə gerilik də vardır. Qalağayın kənd inzibati ərazi dairəsində də aqrar sahə üzrə görüləsi işlər çoxdur. Torpaqlardan təyinatı üzrə istifadə edilmir, növbəli əkin sisteminə riayət olunmur. Cari ildə arpa sahəsindən məhsuldarlıq rayon səviyyəsindən aşağı olmuşdur. Burada potensial imkanlar genişdir. 1981-ci ildə 810 hektar sahədə pambıq əkilib-becərilmiş, hər hektardan 41,7 sentner məhsul götürülmüşdür. Ötən il isə bu sahədə məhsuldarlıq 14,6 sentner olmuşdur. Cari ildə pambığın məhsuldarlığını yüksəltmək üçün bütün imkanlardan maksimum istifadə edilməli, pambığın becərilməsi intensiv aparılmalıdır.

Rayon rəhbəri eyni zamanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq vurğulamışdır ki, rayon üzrə bu sahədə tapşırıq artıqlaması ilə yerinə yetirilsə də Qalağayın kənd kənd inzibati ərazi dairəsində nəzərdə tutulan tapşırığa əməl olunmamışdır.

Pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi eyni zamanda əhalinin məşğulluğunun təmin olunması, onların sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir. Buna görə də bu sahədə çatışmazlıqları aradan qaldırmaq üçün bütün tədbirlər vaxtında görülməli, işlər qaydasına salınmalıdır.

Tədbirdə RİHB-nin Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrəfil Əslanovun məlumatı dinlənilmişdir.

Kənd sakinlərindən Hafiz Muxtarov, Sovet Məhərrəmov, Mirtağı Həsənov və başqaları tədbirdə çıxış etmişlər.

Nazim İsmayılov tədbiri yekunlaşdıraraq problemlərin araşdırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinin, kənd ərazi nümayəndəsinin və bələdiyyənin qarşısında duran vəzifələrdən danışmış, aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Keçidlər