Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin yaranmasının 100-cü ildönümü ilə bağlı Sabirabadda tədbir keçirilmişdir

02 iyul 2018 | 16:00

İyulun 2-də rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan polisinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Namiq Camalov tədbiri giriş sözü ilə açaraq Azərbaycan polisinin yaranmasının 100-cü ildönümü münasibətilə ürək sözlərini bildirmiş, təbriklərini çatdırmışdır. Sonra o, Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun təbrik teleqramını oxumuşdur. Natiq həmçinin Azərbaycan polisinin yaranması tarixindən danışmış, rayon Polis şöbəsinin fəaliyyəti barədə məlumat vermişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ilk yaranan qurumlardan biri də Daxili İşlər Nazirliyi olmuşdur. 1918-ci il iyulun 2-də Daxili İşlər Nazirliyinin yaranması barədə qərar qəbul edilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Sərəncamı ilə hər il iyulun 2-si Polis Günü kimi qeyd olunur.

Rayon rəhbəri Ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinə göstərdiyi əvəzsiz xidmətlərdən danışaraq vurğulamışdır ki, hazırda bu ənənə ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nazim İsmayılov daha sonra bildirmişdir ki, hazırda Azərbaycan polisi özünün inkişaf və yeniləşmə mərhələsini yaşayır. Rayonda ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması üçün polis işçiləri səy və bacarıqlarını əsirgəmir, vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Fərəhli haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Namiq Camalov «Vətən uğrunda» medalı ilə təltif edilmişdir. Rayon rəhbəri bu münasibətlə onu təbrik etmiş, cansağlığı, işlərində daha böyük uğurlar arzulamışdır.

Rayon rəhbəri bayram münasibətilə təbriklərini çatdırmış, bir qrup polis işçisini Fəxri Fərmanla təltif etmişdir.

Tədbirdə rayon prokuroru Pərvin Quliyev, rayon məhkəməsinin sədri Füzuli Pənahov, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, 1-ci dərəcəli «Əmək» ordenli Fatma Hüseynova polis işçilərini bayram münasibətilə təbrik etmişlər.

Daxili İşlər Nazirliyi və rayon Polis şöbəsi tərəfindən təltif olunan bir qrup polis işçisinə və veteranına mükafatlar təqdim olunmuşdur.

Sonda xatirə şəkili çəkdirilmişdir.

Keçidlər