Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda gənclərin həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir

02 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə bu il iyulun 1-dən respublikamızın Silahlı Qüvvələrinə növbəti çağırış başlanmışdır. Həmişə olduğu kimi, bu dəfə də bu mühüm kampaniya mütəşəkkilliklə keçir.

İyulun 2-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin həyətində gənclərin həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir.

Mərasim iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüşlər.

Rayon xalq teatrının pejissoru Seyidməmməd Əliyevin aparıcılığı ilə keçən, bayram əhval-ruhiyyəsi ilə davam edən mərasimi giriş sözü ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayev açaraq rəşadətli ordumuzun qazandığı qələbələrdən, ölkə Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrdən danışmış, gənclərə yaxşı yol arzulamışdır.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə çıxış edərək gəncləri təbrik etmiş, onlara şərəflə xidmət etməyi, sağ-salamat geri dönməyi arzu etmişdir.

Sonra gənclər üçrəngli bayrağımızı öpərək hərbi xidmətə yola düşmüşlər.

Keçidlər