Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir

25 iyun 2018 | 16:00

İyunun 25-də Bayraq Muzeyində 26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar bayram tədbiri keçirilmişdir.

Tədbirdən öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin hərbçilərlə görüşlərini əks etdirən fotolara və videoçarxa baxmışlar.

Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə əlaqədar təbriklərini çatdırmışdır. Qeyd etmişdir ki, 1998-ci il mayın 22-də Ulu öndər Heydər Əliyevin sərəncamı ilə hər il iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Rayon rəhbəri Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışaraq bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdə ordu quruculuğu işlərinə başlanmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə ordu quruculuğu tam başa çatmamışdır. Azərbaycan ordusunun formalaşmasında, güclənməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Azərbaycanda ordu quruculuğu işlərinə ötən əsrin 70-ci illərindən başlanmışdır. O vaxt Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lisey yaradılmışdır. Hərbi kadrların hazırlanmasında və yerləşdirilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ölkəmiz  müstəqillik əldə etdiyi vaxtlarda  orduda pərakəndəlik hökm sürürdü. Nizami ordu yox idi. Azərbaycanda müxtəlif silahlı birləşmələr fəaliyyət göstərirdi. Məhz Ümummilli lider Heydər Əliyev xalqın israrlı tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan ordusunda pərakəndəliyə son qoyuldu, vahid komandanlıq altında nizami ordu yaradıldı. Ordu quruculuğu sahəsində geniş masştablı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ordusu getdikcə qüdrətlənir. Fəxr edə bilərik ki, Azərbaycanın yüksək döyüş qabiliyyətinə malik güclü ordusu vardır.

Rayon rəhbəri Nazim İsmayılov 2016-cı ilin aprel döyüşlərində ordumuzun rəşadətli qələbəsindən, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərdən də ətraflı danışmışdır. 

Keçidlər