Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilmişdir

23 iyun 2018 | 16:00

İyunun 23-də rayon İcra Hakimiyyətinin müşavirə zalında Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatlarda çalışan dövlət qulluqçuları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, önünə gül-çiçək düzmüşlər.

Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılov açaraq Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə iştirakçıları təbrik etmiş, onlara işlərində uğurlar, şəxsi həyatlarında xoşbəxtlik və səadət arzulamışdır. Rayon rəhbəri bildirmişdir ki, peşə bayramlarının qeyd edilməsinə sərəncam verilməsi Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə xüsusi əhəmiyyət kəsb etmişdir. Həmin bayramlar yüksək səviyyədə qeyd olunmuşdur. Hazırda bu ənənə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə hər il iyunun 23-ü Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu gün ölkəmizdə keçirilən islahatların səmərəliliyini artırmaq məqsədilə dövlət qulluqçularının qarşısında mühüm vəzifələr qoyulmuşdur. Dövlət qulluqçuları işlədikləri idarələrdə sosial-iqtisadi inkişafın təmin edilməsində, vətəndaşların hüquq və vəzifələrinin qorunmasında, əhalinin sosial-məişət problemlərinin həll edilməsində əhəmiyyətli rol oynayırlar. Bu sahədə onların üzərinə böyük məsuliyyət düşür.

Sonda ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik teleqramı ünvanlanmışdır.

Keçidlər