Şriftin ölçüsü :

Saytın rəngi :

Qaragüney kəndində səyyar qəbul keçirilmişdir

12 iyun 2018 | 16:00

İyunun 12-də Qaragüney kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Qaragüney kənd sakinləri ilə görüşmüşdür.

Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə əlaqəli olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Rayon rəhbəri Nazim İsmayılov aqrar sahədə, xüsusilə pambıqçılıqda qazanılmış uğurlardan danışmış və bu sahədə nöqsanları da qeyd etmişdir. Ötən il Qaragüney kənd inzibati ərazi dairəsində 318 hektar sahədə pambıq yetişdirilmiş, hər hektardan 11 sentner məhsul götürülmüşdür. Qeyd etmək lazımdır ki, burada potensial imkanlar genişdir. Belə ki, 1981-ci ildə 920 hektar sahədən 43,5 sentner pambıq tədarük olunmuşdur. Bu il isə 350 hektar əvəzinə 217 hektara müqavilə bağlanılmışdır. Geriliyin əsas səbəbi burada əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması ilə əlaqədardır. Ərazi dairəsində növbəli əkin sisteminə riayət olunmur, torpaqlardan təyinatı üzrə istifadə edilmir.

Qaragüney kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanmusa Həsənovun məlumatı dinlənilmişdir.

Görüşdə kənd sakinləri çıxış edərək həlli vacib olan məsələlər qaldırmaşlar.

Icra başçısı tədbiri yekunlaşdıraraq qarşıda duran vəzifələrdən danışmış, qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə konkret tapşırıqlar vermişdir.

Keçidlər