Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadın Ulacalı kəndinə təbii qaz verildi

24 oktyabr 2012 | 15:00

Sabirabad rayonunun Ulacalı kəndinə təbii qazın verilməsi münasibətilə mərasimi rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq Möhtərəm Prezidentımiz İlham Əliyevin rəhbərliyi altında gənc dövlətimizin müstəqillik yolunda inamla addımlamasından, milli mənafelərə uyğun müstəqil daxili və xarici siyasət yeritməsindən iftixar və qürur hissi danışdı. Sabirabadlılar dövlət başçısının diqqət və qayğısını hər vaxt hiss etmişlər deyən N.İsmayılov təbii fəlakətin qarşısının alınmasında və onun nəticələrinin aradan qaldırılmasında Prezidentin fədakarlığından ətraflı danışdı. Subasmaya məruz qalmış kəndlər, o cümlədən Ulacalı kənd ərazi vahidliyini əhatə edən Ulacalı, Mürsəlli, Şıxlar da yenidən dirçəldi. Bu kəndlərdə 50 evdən ibarət ən müasir infrastrukturu olan qəsəbə salınıb, 301 möhkəm özüllü ev tikilib, hazırda 93-ü də inşa olunur. Üç məktəb ən müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub, iki tibb müəssisəsi tikilib, sakinlərə ziyana görə 3,4 milyon manata yaxın kompensasiya ödənilib. Bu gün isə kəndə təbii qaz verilir, 866 ailəyə istilik, hərarət bəxş olunur. Bunun Müqəddəs Qurban bayramına təsadüf etməsi isə kənd sakinlərinin sevincinə ikiqat sevinc qatıb. Natiq çıxışının sonunda göstərdiyi davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından minnətdarlığını ifadə etdi.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əsaslı tikinti üzrə müavini Qağaməli Seyfullayev sakinləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Ulacalı kənd sakinləri İbadulla Əliyev, Sevda Şükürova çıxış edərək sevinclərinin həddi-hüdudu olmadıqlarını bildirdilər, bütün bunlara görə Prezident İlham Əliyevə dönə-dönə minnətdarlıq etdilər, onu müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etdilər.
Tədbir iştirakçıları adından ölkə Prezidentinə yekdilliklə müraciət qəbul olundu.
Conda İcra başçısı alqış sədaları altında mavi qaz məşəlini alovlandırdı.
 

Keçidlər