Qaralar kəndində səyyar qəbul keçirilib
Mayın 29-da rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Qaralar kəndində səyyar qəbul keçirmişdir. Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.
Tədbirdə Nazim İsmayılov ölkəmizdə və rayonumuzda aparılmış irimiqyaslı quruculuq və abadlıq işlərindən danışmış, eyni zamanda ölkə rəhbərinin aqrar sahədə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün görülmüş və görüləcək işlərdən bəhs etmişdir. Qeyd edilmişdir ki, qazanılmış uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Pambıqçılıq və baramaçılıq sahələrində irəliləyişə nail olmaq üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməlidir.
RİHB-nin Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lütvəli Nəsirovun və Qaralar bələdiyyəsinin sədri Nəzirağa Quliyevin məlumatları dinlənilmişdir.
Tədbirdə kənd sakinlərindən Elçin Abuşov, Davud Nuriyev, Nemət Qaraxanlı və başqaları çıxış edərək təklif və mülahizələrini bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı yekunda aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələr vermişdir.