Azadkənd kəndində əhali ilə görüş keçirilmişdir
Mayın 15-də Azadkənd kənd tam orta məktəbinin qarşısındakı meydanda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azadkənd kəndinin sakinləri ilə görüşmüşdür.
Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə əlaqəli olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Görüşü Nazim İsmayılov açaraq tədbir iştirakçılarına ölkəmizdə və rayonumuzda aparılan quruculuq işləri barədə məlumat vermişdir. Aqrar sahədə, xüsusilə pambıqçılıqda qazanılmış uğurlardan danışaraq qeyd etmişdir ki, bu sahədə nöqsanlar da mövcuddur. Torpaqdan səmərəli istifadə edilmir. Növbəli əkin sisteminə riayət olunmalıdır. Baramaçılığın da inkişaf etdirilməsinə xüsusi fikir verilməlidir.
RİHB-nin Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kərəm Nəsirovun, bələdiyyə sədri Amil Vəlişovun məlumatları dinlənilmişdir.
Kənd sakinlərindən Sadəddin Fərzullayev, Rəhman Qasımov və başqaları tədbirdə çıxış edərək həlli vacib olan məsələlər qaldırmaşlar.
Rayon İcra Hakimiyyətinin başçısı tədbiri yekunlaşdıraraq qarşıda duran vəzifələrdən danışmış, aidiyyatı qurum rəhbərlərinə tapşırıq və tövsiyələrini vermişdir.