Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilmişdir

14 may 2018 | 16:00

Mayın 14-də rayon İcra Hakimiyyətinin müşavirə zalında Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi müşavirə keçirmişdir. «Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi» mövzusunda keçirilən müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.

Muğan Regional Mərkəzinin təlim və əməliyyat-planlaşdırma şöbəsinin rəisi, kapitan Yadigar Abasov, Mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Rafiq Zeynalov mövzu ilə bağlı çıxış etmişlər.

Tədbirin sonunda yanğın təhlükəsizliyi ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Keçidlər