Sabirabad Mərkəzi rayon xəstəxanasında kardioloqların seminarı keçirilmişdir
XXI əsrdə ürək-damar xəstəliklərinin sayı kəskin surətdə artmışdır. Ölkəmizdə bu xəstəliklərin qarşısını almaq məqsədilə profilaktiki tədbirlər həyata keçirilir.
Mayın 12-də Mərkəzi rayon xəstəxanasında keçirilmiş kardioloqların seminarı da həkimləri maarifləndirmə xarakteri daşımışdır. Tibb elmləri doktoru, professor İsaq Mustafayev, tibb elmləri doktoru Yasmin Rüstəmova, professorlar Adil Baxşəliyev, Tofiq Cahangirov mövzu ilə bağlı məruzə etmişlər.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Yusif Quliyev, həkimlərdən Şəhla Həsənova və Namir Niftəliyev çıxış etmişlər.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.