Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad: Ümummilli liderə sonsuz məhəbbət

10 may 2018 | 16:00

Sabirabad rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirin iştirakçıları öncə Heydər Əliyevin əzəmətli heykəli qarşısına gül dəstələri qoydular.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin keçdiyi şərəfli həyat yolu ilə tanış oldular. Sonra mərkəzin eksponatlar yerləşən salononda rəsmi tədbir keçirildi. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov geniş məruzə ilə çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.

Natiq Sabirabad rayonunun dirçəlişinin də Ulu öndərin adı ilə bağlı olduğundan da ətraflı danışdı. Dedi ki,  Heydər Əliyev 1969-1982-ci illərdə Sabirabada 14 dəfə səfər edib, müstəqillik dövründə isə 1998-ci ilin oktyabrın 4-də rayona səfəri olmuşdur. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, Kür çayı üzərindən nəhəng körpü salınıb, İttifaqda analoqu olmayan Qrup Su kəməri kompleksi qurulub, əhaliyə təbii qaz verilib, onlarla çoxmərtəbəlı yaşayış və inzibati binalar inşa edilib.

Məruzəçi dedi ki, Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan Ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolundadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr də ölkə Prezidentinin fəaliyyəti ilə vəhdət təşkil edir. Dövlət başçısının rəhbərliyi ilə respublikamızda görülmüş işlərin miqyası əminliklə söyləməyə əsas verir ki, Ulu öndər Heydər Əliyevin yaratdığı və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycan Respublikası yaxın gələcəkdə uğurları daha da artıracaqdır.

Sonra Heydər Əliyev adına parkda kitab bayramı keçirilmişdir. Parkın girişində Ulu öndərinBiz hamımız təhsilimizi, elimimizi kitablardan almışıq. Ona görə də hamımız kitablara borcluyuq” kəlamı asılmışdır. Tədbirdə Mərkəzi kitabxana sisteminin səgilədiyi kitablarla tanış olunmuş, Vətənə və dahi rəhbərə həsr olunmuş şerlər və mahnılar səslənmişdir.

Axşam saatlarında yubiley tədbirinin bədii hissəsi rəngarəng proqramla yadda qalmışdır. Respublikanın  xalq artisti Niyaməddin Musayev, əməkdar artist Teymur Əmrah, Manaf Ağayev, Sevda Yahyayeva, Rahidə Baxışova, aşıq Telli və başqalarının çıxışları dəfələrlə alqışlarla qarşılanmışdır.

Sonda atəşfəşanlıq tədbirə xüsusi rövnəq vermişdir.

Keçidlər