Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda dövlət müstəqilliyinin bərpasının ildönümü qeyd edilmişdir

19 oktyabr 2012 | 15:00

Sabirabad şəhər Mədəniyyət Evində Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 21 illiyinə həsr olunmuş geniş tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək, möhkəmləndirmək Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olduğundan, dahi rəhbərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqının birliyini təmin edərək müstəqilliyini itirmək təhlükəsində olan dövlətimizi xilas etməsindən, ölkəmizin dinamik inkişafı istiqamətində gördüyü işlərdən ətraflı söhbət açdı. Natiq bu gün Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycanının dövlət müstəqilliyinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğuladı.
Sonra tədbir iştirakçıları İrəvan Azərbaycan Dövlət Dram Teatrının İftixar Priyevin pyesi əsasında hazırladığı “İşıqlı, nurlu sabah” tamaşasına böyük həvəslə baxdılar.
 

Keçidlər