Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Pravoslavların müqəddəs Pasxa bayramı qeyd olunmuşdur

08 aprel 2018 | 16:00

Aprelin 8-də Heydər Əliyev Mərkəzində pravoslavların müqəddəs Pasxa bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rus icmasının üzvləri iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov çıxış edərək Pasxa bayramı münasibətilə rus icmasının üzvlərini təbrik etmiş, xoş arzularını çatdırmışdır. O qeyd etmişdir ki, Azırbaycan tolerant ölkədir. Burada yüksək mənəvi-əxlaqi dəyərlər həmişə qorunub saxlanılır. Ölkəmizdə ayrı-ayrı xalqların dinlərinə hörmətlə yanaşılır. Rayonumuzda da bu belədir.

Rus icmasının rəhbəri Aleksandr Qluxov çıxış edərək vurğulamışdır ki, yerli əhali bizə qarşı mehriban münasibət bəsləyir, onların qonaqpərvərliyini daim hiss edirik. Biz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəkləyir, müdafiə edirik.

Aleksanr Qluxov rus icmasına göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Pasxa bayramı münasibətilə rus icmasının üzvlərinə maddi yardım edilmişdir.

Keçidlər