Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən müharibəsi veteranları unudulmur

07 may 2018 | 16:00

Böyük Vətən müharibəsi 73 il bundan əvvəl qurtarıb. Lakin onun ağrı-acıları hələ də davam edir. Bu savaşda Azərbaycan xalqının xidmətləri misilsizdir. Azərbaycanın oğul və qızları həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz şücaət, qəhrəmanlıq və fədakarlıq göstərmişlər.

Böyük Vətən müharibəsinə sabirabadlılar da yollanmış, igidliklər göstərmişlər. Onlardan hazırda 7 nəfəri sağdır. Onların səhəti imkan vermədiyi üçün rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə veteranlara bir-bir baş çəkilmiş, onlara rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovun təbrik məktubu çatdırılmış, maddi yardım göstərilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Əsgərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayev, rayon Qarabağ əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Füzuli Paşayev, rayon Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov və ictimaiyyətin bir qrup nümayəndələri öncə Belqradın azad olunmasında igidliklə vuruşmuş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyasının yeganə sağ qalmış döyüşçüsü, hazırda rayon Veteranlar şurasının sədri Zülfəli Əliyevə baş çəkmişlər. Z.Əliyev veteranlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə Böyük Vətən müharibəsi iştirakçıları adından minnətdarlığını bildirmişdir.

Sonra digər veteranlarla da görüşülmüş və onları bayram münasibətilə təbrik etmişlər.

Keçidlər