Şriftin ölçüsü :

Saytın rəngi :

Surra kəndində əhali ilə görüş keçirilmişdir

26 aprel 2018 | 16:00

Aprelin 26-da rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Surra kənd sakinləri ilə görüş keçirmişdir. Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahəsi ilə əlaqədar olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov tədbir iştirakçılarını salamlamış, dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən, aqrar sahədə, o cümlədən pambıqçılıqda qazanılmış uğurlardan danışmışdır. Eyni zamanda vurğulamışdır ki, pambıqçılıq təsərrüfatına xüsusi diqqət verilməlidir. Çiyid səpini vaxtında aparılmalı, keçən ilin nəticələrini təhlil edərək buraxılmış nöqsanların bir daha baş verməməsi üçün hər kəs məsuliyyətlə çalışmalıdır.

RİHB-nin Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mirhabil Səmidov çıxış edərək bildirmişdir ki, cari ildə pambığın məhsuldarlığını  yüksəltmək məqsədilə lazım gələn bütün işləri, aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə görəcəyik. Baramaçılıqda da yüksək nəticələr əldə etmək üçün var qüvvə ilə çalışacağıq.

Kənd sakinlərindən Ağasahib Cəlilov, Mahirə Səmədova, Toğrul Ələkbərov və başqaları çıxış edərək yaşadıqları kəndlərdə infrastruktur sisteminin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər