Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “YAP-20” devizi altında FUTZAL üzrə zona birinciliyi yarışları başlanmışdır

10 oktyabr 2012 | 15:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ərəfəsində respublikamızın hər yerində olduğu kimi Sabirabad rayonunda da bir-birindən maraqlı silsilə tədbirlər keçirilir, elmi-nəzəri konfranslar, sərgilər təşkil olunur. Bu günlər Heydər Əliyev Mərkəzi əsl ziyarət yerinə çevrilib, burada məktəbli gənclər partiyanın qurucusu Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu ilə ətraflı tanış olur və “Böyük ömrün anları” filminə maraqla tamaşa edirlər.
Bu gün isə Sabirabad Olimpiya İdman Kompleksində əlamətdar yubileyə həsr edilmiş daha bir tədbir- “YAP-20” devizi altında FUTZAL üzrə zona birinciliyi yarışları başlanmışdır. Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq üçün 11 rayonun idmançıları yarışa qoşulmuşlar.
Zona birincilinin açılış mərasimində YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev şəxış edərək qalib partiyanın keçdiyi şərəfli yoldan danışmış və idmançılara nailiyyətlər arzulamışdır.

YAP siyasi Şurasının üzvü, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək yaradacısı və memarı Ümummilli liderimiz Heydər Əliyev olan YAP-ın 20 illik tarixi yolunu şərəfli mübarizələr, tərəqqi, quruculuq və qələbələr yolu adlandırmışdır. Ulu öndərimizin alternativsiz davamçısı kimi Azərbaycan Prezidentinin rəhbərliyilə müstəqil dövlətimizin son 9 ildə yeni inkişaf modeli ilə dünyanı heyran etdiyini deyən-, N.İsmayılov Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlüyünə qəbul olunduğunu, bu il Beynəlxalq musiqi yarışmasına ev sahibliyi etdiyini, London olimpiyadasında böyük uğurlara imza atıldığını xüsusi vurğulamış və bütün bunları Prezidentimizin tarixi və siyasi qələbəsi adlandırmışdır. Natiq Milli Olimpiya Komitəsinə rəhbərlik edən dövlət başçısının idmana və bədən tərbiyyəsinə xüsusi diqqət və qayğısından da geniş bəhs etmiş, idmançılara uğurlar diləmişdir.
Sonra tədbir iştirakçıları maraqlı konsert proqramına tamaşa etmişlər.
İlk yarış Sabirabad və Neftçala idmançıları arasında keçmişdir. Oyun 3:1 hesabı ilə sabirabadlı idmançıların xeyrinə nəticələnmişdir. Yarışlar hələ üç gün davam edəcəkdir.
 

Keçidlər