Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin məcburi köçkünlərə bayram sovqatı

16 mart 2018 | 16:00

Martın 16-da Novruz bayramı ərəfəsində Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı rayonumuzun Şəhriyar köçkün qəsəbəsində məcburi köçkünlərlə görüşmüşdür.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərə diqqət və qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazim İsmayılov məcburi köçkünlərə xoş arzularını bildirmişdir.

Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev məcburi köçkünlərə Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun təbriklərini çatdırmış, Novruz bayramı münasibətilə onları təbrik etmişdir.

Füzuli rayonundan məcburi köçkün Ataxan Rəhimov, Zəngilan rayonundan məcburi köçkün Bilal Hətəmov çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının könüllülük prinsipi əsasında əmək haqlarından topladıqları vəsait məcburi köçkünlərə təqdim edilmişdir. 

Keçidlər