Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib

15 mart 2018 | 16:00

Martın 15-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sabirabad rayonunda Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edib.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının gələcək xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Keçidlər