Şriftin ölçüsü :

Saytın rəngi :

Şıx Salahlı kəndində əhali ilə görüş keçirilmişdir

13 mart 2018 | 16:00

Martın 13-də Şıx Salahlı kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Şıx Salahlı kənd inzibati ərazi dairəsinin sakinləri ilə görüşmüşdür. O çıxış edərək ölkəmizdə və rayonumuzda aparılmış quruculuq işlərindən danışaraq respublikamızda aqrar sektorun inkişaf etdirilməsini iqtisadiyyatın şaxələndirilməsinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Rayonumuzda aqrar sektorun inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Bunun üçün torpağa sahiblik hissi gücləndirilməlidir. Dövlət başçısının pambıqçılığın inkişafı ilə bağlı xüsusi tapşırığı vardır. Buna görə də biz ölkə rəhbərinin tapşırığını yerinə yetirməliyik.

Rayon İcra Hakimiyyətinin başçısı ötən il pambıqçılıq sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, bu sahədə uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Belə ki, Şıx Salahlı kənd inzibati ərazi dairəsində ötən il hər hektardan cəmi 8,3 sentner pambıq yığılmışdır. Məhz buna görə də bu kənd pambıq tədarükünə dair cədvəldə 23-cü yerlə kifayətlənmişdir. Cari ilin məhsulu üçün indiyədək 300 hektar əvəzinə 158 hektara müqavilə bağlanmışdır. Qeyd etmək lazımdır ki, bu ərazidə torpaqlardan səmərəli istifadə edilmir. Növbəli əkin sisteminə riayət olunmur. Əkinçilik mədəniyyəti aşağıdır. 1238 hektar pay torpağı mövcud olsa da pambıqçılığa geniş yer verilmir. Bütün bunlar ciddi narahatlıq doğurur.  Pambıqçılığın inkişaf etdirilməsi üçün lazım gələn bütün tədbirlər görülməlidir. Torpaqlardan səmərəli istifadə olunmalıdır. Aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə aparılmalıdır.

Tədbirdə RİHB-nin Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyidabbas Babayevin, kənd bələdiyyəsinin sədri Elşad Məmmədovun məlumatları dinlənilmişdir. Görüşdə kənd sakinlərindən Bəylər Heydərov, Kazım Kazımov, Sərdar Hüseynov və başqaları çıxış etmişlər.

Keçidlər