Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «5 Mart-Bədən Tərbiyəsi və İdman Günü» qeyd edilmişdir

05 mart 2018 | 16:00

Sabirabadda «5 Mart - Bədən Tərbiyəsi və İdman Günü» münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından, idmana göstərilən dövlət qayğısından, rayon idmançılarının uğurlarından danışmışdır.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir. Sonda bir qrup nailiyyəti olan idmançılara diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Həmin gün Sabirabad rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Sabirabad Olimpiya İdman Kompleksində «5 Mart - Bədən Tərbiyəsi və İdman Günü»nə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir. Yarışda Sabirabad idmançıları ilə yanaşı Bakı, Şirvan, Salyan idmançıları da müabrizə aparmışlar.

Qalib komandalar diplom və medallarla təltif olunmuşlar.

Keçidlər