Minbaşı kənd inzibati ərazi dairəsində əhali ilə görüş keçirilmişdir
Rayon İcra Hakimiyyəti başçısının ictimaiyyətlə sıx iş birliyi qurması praktikası mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlər zamanı adətən vətəndaşlar onları narahat edən məsələlər barədə açıq söhbət aparır, çətinliklərdən, mövcud problemlərin həlli yollarından danışır, habelə bunların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilir. Bu baxımdan fevralın 27-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun Minbaşı kənd əhalisi ilə görüşü də işgüzar və səmərəli keçmişdir.
Nazim İsmayılov ölkəmizdə və rayonumuzda görülmüş nəhəng quruculuq işlərindən ətraflı danışmışdır. O qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev pambıqçılığın inkşaf etdirilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Bunun üçün hər kəs lazım gələn bütün işləri görməlidir ki, qarşıya qoyulan məqsədlərə çataq və ölkə rəhbərinin tapşırığını layiqincə yerinə yetirək. Ötən il pambıqçılığın inkişafı ilə bağlı rayonda bir sıra işlər görülmüşdür. Qazanılmış uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Minbaşı kənd inzibati ərazi dairəsində rayon səviyyəsindən aşağı pambıq tədarük olunmuşdur. Bütün bunlar isə cari ildə pambıq əkininə daha səylə hazırlaşmağı, nöqsanlardan ciddi nəticə çıxarmağı tələb edir.
RİHB-nin Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Dəmirovun və bələdiyyə sədri Urufulla Qocayevin məlumatları dinlənilmişdir.
Tədbirdə kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.