Şriftin ölçüsü :

Saytın rəngi :

Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə əhali ilə görüş

21 fevral 2018 | 16:00

Fevralın 21-də Cəngan kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüşmüşdür.

Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahəsi ilə əlaqəli olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Görüşü Nazim İsmayılov açaraq tədbir iştirakçılarını salamlamış, dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, uzun illər xəyallarda gəzən 26 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini əhatə edən 43 km uzunluğunda Dadaşbəyli-Minbaşı-Salmanlı-Noxudlu-Salyan avtomobil yolunun tikintisinə cənab Prezidentimiz İlham Əliyevin rayona səfəri zamanı verdiyi tapşırığa əsasən başlanılmış, bu iş uğurla davam etdirilir.

Dövlət başçısının tapşırığı ilə tikintisi yarımçıq qalmış “H” kanalının qalan 19.7 kilometrlik hissəsinin tikintisi də çox sürətlə aparılır.

Çəkilişi davam etdirilən Sabirabad və Salyan qış otlaq sahələrinin meliorativ cəhətdən yaxşılaşdırılması layihəsinin başa çatdırılması rayon üzrə 14 min hektardan çox əlavə məhsuldar torpaq sahəsinin əkin dövriyyəsinə qaytarılmasına imkan yaradacaqdır.

Bu sonsuz diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün sakinlər adından hədsiz minnətdarlığımızı bildiririk.

Rayon rəhbəri eyni zamanda cari ildə pambıq əkininə ciddi hazırlaşmağı, keçən ilin nəticələrini təhlil edərək buraxılmış nöqsanların  təkrarlanmaması üçün hər kəsdən məsuliyyətlə çalışmağı, ciddi tədbirlər görməyi tələb etmişdir.

Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbrahim Həsənovun, bələdiyyə sədri Qabil Əliyevin məlumatları dinlənilmişdir.

Kənd sakinlərindən Əligüllah Əliyev, Əlisəfa Kərimov, Zakir Əliyev, Əlipənah Əliyev və başqaları çıxış edərək bir sıra həlli vacib olan məsələlər qaldırmaşlar.

Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq problemlərin araşdırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinin, kənd icra nümayəndəsinin və bələdiyyənin qarşısında  duran vəzifələrdən danışmış, aidiyyatı üzrə konkret tapşırıqlar vermişdir.

Keçidlər