Sabirabadda tələbələrlə görüş
Yeni dərs ili ərəfəsində Sabirabad rayonunda bu il ali məktəblərə daxil olan tələbələrlə görüş keçirilmişdir. Təhsil işçiləri və tələbələr əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər güllər qoymuşlar.
Görüşü Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq ölkədə aparılan təhsil islahatlarından, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təhsilin inkişaf konsepsiyasından, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə gündəlik diqqət və qayğısından, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı danışdı. N.İsmayılov bu gün rayonda gedən böyük quruculuq və abadlıq işlərinə görə ölkə rəhbərinə sabirabadlılar adından minnətdarlığını ifadə etdi. İcra başçısı təhsildə əldə edilən uğurlardan ətraflı bəhs etdi. Bu il 227 nəfər məzunun ali məktəblərə daxiil olduğunu, onlardan 19 nəfərinin 500-dən yuxarı, 3 nəfərin 600-dən yuxarı bal topladıqlarını vurğuladı. Natiq nailiyyətlərin bu sahəyə diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi, tələbə adı qazananları təbrik etdi.
630-dən çox bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olunan İnci Quliyeva, Ağasəlim Xəlilov, Məryəm Nuruzadə çıxış edərək onların təhsil alması üçün yaradılan hər cür şəraitə görə ölkə Prezidentinə bu ilki tələbələr adından təşəkkür və razılıqlarını bildirdilər, əmin etdilər ki, onlar bundan sonra da əla təhsilləri ilə dövlətə və rayona həmişə baş ucalığı gətirəcəklər.
YAP rayon təşkilatının sədri Nadir Quliyev, rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadov, Cəngən kənd tam orta məktəbin direktoru Sevinc Sadıqova, valideyin Gülnarə İmanova və Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Böyükağa Həmidov tələbələri və təhsil işçilərini təbrik eitdilər. Bu təbrikdən rayon rəhbəri kimi N.İsmayılova da xüsusi pay düşdüyünü deyən B.Həmidov son vaxtlar rayonda yaradılan böyük işgüzarlıq ab-havasına və abadlıq-quruculuq işlərinə, xüsusilə təhsilə diqqətinə görə ona camaatın razılığını çatdırdı.
Sonra yüksək balla tələbə adını qazanmış məzunlara Sabirabad RİH-nın, YAP rayon təşkilatının və Təhsil şöbəsinin fəxri-fərmanları və pul mükafatları təqdim olundu və onlarla xatirə şəkili çəkdirildi.