Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Azərbaycan Gəncləri Günü» qeyd edilmişdir

02 fevral 2018 | 16:00

Fevralın 2-də rayon Mədəniyyət Mərkəzində «Azərbaycan Gəncləri Günü»nə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək gəncləri bayram münasibətilə təbrik etmiş, onlara xoşbəxt həyat, təhsildə, əmək fəaliyyətində böyük uğurlar arzulamışdır. O qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında hazırda ölkəmizdə düşünülmüş və məqsədyönlü dövlət siyasəti aparılır. Gənclər siyasəti də bunun tərkib hissəsidir. Bu günün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə təsis olunan bu bayram  hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Gənclərimiz ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə böyük etimad göstərir və özünün gələcək inkişaf perspektivini onun adı ilə bağlayır. Ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasəti onun gənclərimizə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu il Azərbaycanın siyasi həyatında çox əlamətdar il olacaqdır. Ölkəmizdə Prezident seçkiləri keçiriləcəkdir. Əsas fəaliyyət istiqamətlərindən biri də gənclərimizin Prezident seçkilərində fəal iştirakını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının  bu il keçiriləcək Prezident seçkilərində yeganə namizədi partiyanın sədri cənab İlham Əliyevdir.

Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev çıxış edərək 2017-ci ildə görülmüş işlərdən danışmışdır. O qeyd etmişdir ki, keçən il rayonumuzda bir sıra respublika əhəmiyyətli tədbir keçirilmişdir. Bakı-2017 İslam Həmrəylik Oyunlarına həsr olunmuş «Su festivalı» ölkənin bir neçə rayonu daxil olmaqla Sabirabad rayonunu da əhatə etmişdir. 2017-ci ildə Gənclər Mərkəzi əsaslı təmir olunmuşdur.

Millət vəkili Elçin Quliyev tədbirdə çıxış edərək gənclərin qarşısında duran vəzifələrdən danışmışdır.

2017-ci ildə əldə etdikləri nailiyyətlərə və ictimai-siyasi fəaliyyətlərinə görə bir qrup gəncə, habelə  gənclərlə əməkdaşlıq edən təşkilatlara rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin Fəxri fərmanları və diplomları təqdim edilmişdir.

Tədbir incəsənət ustalarının bayram konserti və ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

Keçidlər