“20 Yanvar – qəhrəmanlıq simvolu“ mövzusunda tədbir keçirilmişdir
Yanvarın 19-da Heydər Əliyev Mərkəzində “Bilik” Fondunun və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müstəqilliyimizin bərpasında “20 Yanvar – qəhrəmanlıq simvolu“ mövzusunda tədbir keçirilmişdir.
Tədbirdən öncə 20 Yanvar şəhidlərinin, vətənimizin xilası, azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş digər soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov mövzu ilə bağlı geniş məruzə etmişdir.
YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva, Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordenli Fatma Hüseynova, rayon Ziyalılar Cəmiyyətinin sədri Böyükağa Həmidov, Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının sədri Fizuli Paşayev, RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mirnizami Ağayev çıxış edərək 20 Yanvar faciəsini xalqımızın qürur və şərəf tarixi kimi xarakterizə etmişlər.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.