Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Ətraf Mühit" mövzusunda konfrans keçirilmişdir

27 dekabr 2017 | 16:00

Sabirabad rayonunun Qaralar kəndi ərazisində yerləşən «Ana Kür» istirahət mərkəzində rayon İcra Hakimiyyəti və İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-2) birgə təşkilatçılığı ilə  Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının icma nümayəndələrinin iştirakı ilə "Ətraf Mühit" mövzusunda konfrans keçirilmişdir.

Dünya Bankı tərəfindən təsdiq olunmuş AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin təqdimatında proqram mütəxəssisi Fəridə Eminova, ətraf mühit üzrə ekspert Telman Zeynalov çıxış etmişlər.

Təqdimatdan sonra iştirakçılar AzKİL nümayəndələrinə suallar və təkliflərlə müraciət etmişlər. Qarşılıqlı fəal müzakirələr aparılmış, icma üzvləri ətraf mühitin qorunması üçün AzKİL-3 ilə birgə yeni layihələrin həyata keçirilməsində maraqlı olduqlarını vurğulamışlar.

Keçidlər