Prezidentin ad gününə sabirabadlıların hədiyyəsi
Sabirabadda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günü münasibətilə təşkil edilən “20 min ağac əkək!” aksiyası yekunlaşıb. Dekabrın əvvəlindən başlanan və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən aksiyada ictimaiyyətin bütün nümayəndələri, ictimai təşkilatların və müəssisələrin kollektivləri iştirak ediblər.
5 minə yaxın insan aksiyanın keçirildiyi əraziləri ağac əkmək üçün hazırlayaraq yerli iqlim şəraitinə uyğun olan meyvə və 15 mindən artıq həmişəyaşıl ağaclar əkiblər. Vaxtılə şəhərin yaxınlığındakı sənaye müəssisələrinin ətrafında yararsız halda olan 1,8 kilometr məsafədə böyük yaşıllıq zolağı salınıb, Cənab Prezidentin sərəncamları ilə yenidən qurulan Qalağayın-Muğan Gəncəli, Əhmədabad-Xəlfəli və Suqovuşan-Həşimxanlı avtomobil yolunun hər iki tərəfinə yüzlərlə ağaclar və gül kolları əkilib. Dekabrın 23-də yaşıllıq kampaniyasında minə yaxın insan şəhərin prospekt, park və meydanlarında 5 mindən çox qovaq, görüş, çinar və həmişəyaşıl ağaclar əkılməsini həyata keçirib. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da iştirak edərək ağac əkib. Əkilən ağacların qorunması və suvarılması üçün də bütün zəruri tədbirlər görülüb.