Sabirabadda karbon qazı tullantılarının azaldılması məqsədilə tədbir keçirilmişdir
Dekabrın 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamenti «Kənd təsərrüfatı sektorunda karbon qazı tullantılarının azaldılması» mövzusunda maarifləndirici tədbir keçirmişdir. Heyvandarlıqla məşğul olan fermerlərin və kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə keçən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti direktorunun müavini İmran Əbdülov, həmin qurumun şöbə rəisi Ceyhun Həsənov mövzu ilə bağlı məruzə etmişlər.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.