Yerli hökumətlə münasibətlər və əməkdaşlıq imkanları genişləndirilir
16 dekabr 2017 | 16:00
Dekabrın 16-da Heydər Əliyev Mərkəzində «Tərəqqi» Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları «Region» Beynəlxalq Analitik Mərkəz (RBAM) və «İnkişaf-2006» SDİB Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə «Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi» layihəsi çərçivəsində «İctimai və məlumatlandırma kampaniyası» (yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi) mövzusunda tədbir keçirilmişdir.
«Tərəqqi» Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Cəlal Əmənov, ekspert Təranə Cəfərova mövzu ilə bağlı çıxış etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.