Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul etmişdir

15 dekabr 2017 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 15-də Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Sabirabad, Saatlı və Hacıqabul rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbuldan öncə Əbülfəs Qarayev və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ulu öndər Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Rayonumuzdan olan vətəndaşların müraciətləri «Suqovuşan» adlanan ərazinin müasir turizm məkanına çevirilməsi, rayonda rəsm qalereyasının yaradılması, Tarix-diyarşünaslıq muzeyinin ikinci kateqoriyalı muzeylərə aid edilməsi barədə olmuşdur.

Qəbul zamanı vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmışdır. Digər məsələlər araşdırılması üçün nəzarətə götürülmüş və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Keçidlər