Yetkinlik yaşına çatmayanların hüquqları qorunur
Dekabrın 13-də Heydər Əliyev Mərkəzində «Yetkinlik yaşına çatmayanlar tərəfindən hüquqa zidd hərəkətlərin qarşısının alınmasında daxili işlər orqanları əməkdaşlarının rolu, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması» mövzusunda tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Şahnaz Babayeva, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin mühüm tapşırıqlar üzrə baş inispektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov, rayon Polis şöbəsinin rəsi, polis polkovniki Namiq Camalov, rayon Qeydiyyat idarəsinin rəisi Nəcibə Qasımova, Mərkəzi rayon Xəstəxanasının narkoloq-həkimi Tağı Tağıyev, rayon Təhsil şöbəsi müdirinin müavini Azər Quliyev mövzu ilə bağlı çıxış etmişlər. Daha sonra narkotiklərin zərərli təsirlərindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.