Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda zona seminarı keçirilmişdir

09 dekabr 2017 | 16:00

Dekabrın 9-da Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Hacıqabul rayonları bələdiyyə sədrlərinin iştirakı ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi (BAMS) proqramına məlumatların daxil edilməsi ilə bağlı zona maarifləndirmə seminarı keçirilmişdir.

 Seminarda Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının əlaqələndiricisi, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrlə iş departamentinin direktoru Cəlal İsgəndərov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibinin müavini Pərviz Muradov mövzu ilə bağlı məruzə etmişlər.

Seminar iştirakçılarının suallarına cavab verilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər