Qadınlar maarifləndirilir
Dekabrın 8-də rayon Gənclər Mərkəzində Avropa İttifaqının, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, «Rasional İnkişaf Uğrunda» Qadınlar Cəmiyyətinin, BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi ilə regional tədbir keçirilmişdir. «Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi» mövzusunda keçirilən tədbirdə BMT İP layihə müşaviri Gülarə Hümbətova «Qadınların icmanın inkişafına töhfəsi və Azərbaycan qadınlarının sosial fəallığı ilə bağlı ənənəsinə dair yerli icmalar arasında məlumatlılığın artırılması kampaniyası» mövzusunda geniş məlumat vermişdir.
Müzakirələrdə Jalə Əmirbəyova, Zemfira Ağayeva çıxış etmişlər.
Sabirabad və Masallı rayonlarının qadın resurs mərkəzlərinin koordinatorları və üzvlərinin məlumatları dinlənilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.