Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım Günü ilə bağlı Sabirabad rayonunda elmi-nəzəri konfrans keçirilmişdir
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəl Mərkəzin ekizpozisiya zalında Ulu öndərin keçdiyi şərəfli ömür yolu ilə bir daha tanış olmuşlar.
Konfransda Heydər Əliyevin əziz xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçıları bütün mənalı ömrünü ölkəmizin inkişafına və dünyadakı mövqeyinin möhkəmlənməsinə həsr etmiş bu dahi insanın ömür yolundan bəhs edən sənədli filmə baxmışlar.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuş Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevi hörmət və məhəbbətlə Anırıq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Öndər kimi qalmışdır.
Digər çıxış edənlər də bildirmişlər ki, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.