Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabirabad rayonuna səfərinə həsr olunmuş ümumrayon müşavirəsi keçirilmişdir

30 noyabr 2017 | 16:00

Müşavirədə rayon icra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabirabad rayonuna səfəri barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu möhtərəm Prezidentimizin  dövlət başçısı kimi rayonumuza 8-ci səfəridir. Səfərdən bir gün əvvəl cənab Prezident Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalamış və noyabrın 28-də sənaye məhəlləsinin təməlqoyma mərasimində iştirak etmişdir. 20,3 ha ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəalliyyət göstərməsi planlaşdırılır.

Dövlət başçısı Bayraq Muzeyinin açılışında iştirak edərək muzeyin rəmzi açılışını bildirən lenti kəsmiş, təqdim edilmiş eksponatlarla tanış olmuşdur. Bayraq Muzeyi yerləşən ərazi son vaxtlar genişləndirilərək 2 ha çatdırılmış, abadlıq işləri aparılmış, 2 fəvvarə yenidən qurulmuş, uşaqlar üçün attraksionlar qoyulmuşdur.

Səfər zamanı möhtərəm Prezident 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı və 15 yaşayış məntəqəsini birləşdirən uzunluğu 60km, 19,6 kilometri istismara hazır olan Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağammədli-Azadkənd-Muğan Gəncəli avtomobil yollarının açılış mərasimində iştirak etmişdir. Bu iki yol 60 mindən çox sakinin həyat tərzinin, rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.

Rayonumuzda 205 çarpayılıq Mərkəzi rayon Xəstəxanasının yeni binasının istifadəyə verilməsi sosial məsələ baxımından mühüm bir hadisədir. Dövlət başçısı ən müasir standartlar səviyyəsində tikilmiş xəsətəxanada əhalinin müayinəsi və müalicəsi üçün yaradılmış şəraitlə tanış olmuş və razılığını bildirmişdir. Daha sonra cənab Prezident rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşmüşdür. Rayonumuza səfəri çərçivəsində ölkə başçısı Nizami kəndində inşa edilmiş “Sabirabad Quşçuluq” MMC-nin yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olmuşdur. Fabrik ən müasir avadanlıqlarla təchiz edilmişdir. 

Yığıncaqda çıxış edən Prezident təqaüdçüsu, Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova, şəhid atası Telman Mirzəyev, rayon Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, fermer Fikrət Məmmədov Sabirabad rayonunun sosial - iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.

Keçidlər