Şriftin ölçüsü :

Saytın rəngi :

İDEA İctimai Birliyinin təşəbbüsü ilə Sabirabadda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

24 noyabr 2017 | 16:00

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşəbbüsü ilə noyabrın 24-də Sabirabad rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Bu münasibətlə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi xoşməramlı layihələr barədə məlumat verib.

Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyevin ekoloji problemlərin həllini daim diqqətdə saxladığını bildirib. Qeyd olunub ki, müəllifi Ulu Öndər olan Konstitusiyamızda da ölkə ərazisində mövcud ekoloji problemlərin həlli, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunması öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında da ekoloji problemlərin həlli üçün zəruri olan bütün vəzifələr elmi əsaslarla müəyyənləşdirilib. Çıxışlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın bu istiqamətdə xidmətlərindən danışılıb.

Qeyd edilib ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb.

Ağacəkmə aksiyaları zamanı 2 hektarda 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları rayonda yaşayan 3 aztəminatlı və şəhid ailələri arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

 

Keçidlər