Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları ilə görüş keçirilmişdir

11 noyabr 2017 | 16:00

11 noyabr 2017-ci il tarixdə Sabirabad Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları ilə görüş keçirilmişdir.

Görüşdə Sabirabad rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, idarə, müəssiəsə və təşkilat rəhbərləri, məktəb direktorları, valideyinlər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd etmişdir ki, bu tur-aksiyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı, Prezident Admnistrasiyasının təşkilatçılığı ilə keçirilir. Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə 3213 nəfər iştirak edəcək. O cümlədən bu aksiyalarda indiyə qədər rayonumuzdan 240 məktəbli iştirak etmişdir. 

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Rayonun məktəbliləri bu tur-aksiyada respublikamızın Qəbələ-Şəki-Zaqatala bölgələrində olacaq, həmin bölgələrdə aparılan abadlıq-quruculuq işləri ilə, tarixi yerlər və abidələrlə, adət və ənələrlə tanış olacaq, keçirilən bilik yarışlarında iştirak edəcəklər. Tədbirin sonunda Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məktəblilərə uğurlar arzuladı və müvafiq tövsiyələr verdi.

Keçidlər