Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıq yığımı ilə bağlı növbəti ümumrayon müşavirəsi keçirilmişdir

28 oktyabr 2017 | 16:00

Oktyabrın 28-də Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımı ilə əlaqədar növbəti ümumrayon müşavirəsi keçirilmişdir. Tədbirə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, qərargah üzvləri, kənd təsərrüfatına xidmət edən müəssisələrin, idarə və təşkilatların rəhbərləri dəvət edilmişdilər.

Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq bildirmişdir ki, bu günədək 13 min tondan çox pambıq tədarük edilmişdir. Şəhriyar, Qaratəpə, Həşimxanlı kənd inzibati ərazi nümayəndəliklərində pambıq tədarükünün vəziyyəti qənaətbəxşdir. Eyni zamanda o bildirmişdir ki, pambıq yığımını vaxtında və itkisiz başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunmalıdır. Əllə yığımdan, maşınların gücündən maksimum səmərəli istifadə olunmalıdır.

Müşavirədə ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, aidiyyatı qurumların rəhbərlərinin məlumatları dinlənilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov həmçinin payızlıq əkinlər, habelə gələn ilin məhsulu üçün qarşıda duran vəzifələr barədə tapşırıq və tövsiyələrini verərək müşavirəyə yekun vurmuşdur.

Keçidlər