Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Respublika günü münasibətilə tədbir keçirilmişdir

27 may 2012 | 15:00

Sabirabad rayonunda Respublika günü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyuldu. Dövlət himni səsləndikdən sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Demokratik Respublikasının 94-cü ildönımı münasibətilə geniş məruzə ilə çıxış etdi. Natiq dedi ki, xalqımız 1918-ci ildə dövlət müstəqilliyini elan etsə də, onu qoruyub saxlaya, uzun müddət yaşada bilmədi. Cəmi 23 aydan sonra xalqımızın azad, müstəqil yaşamaq arzuları məhv edildi. Axərbaycan xalqı XX əsrin sonunda ikinci dəfə əldə etdiyi müstəqilliyi az müddətdən sonra yenidən itirmək təhlükəsi ilə üzləşdi. Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlayan, onu daha da inkişaf etdirən məhz Heydər Əliyev oldu.
Natiq 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış xaos və anarxiyadan, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin milli müstəqilliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən geniş bəhs etdi. Prezident İlham Əliyevin Ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyasından danışdı və ölkə rəhbərinə dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə gördüyü işlərə və həmçinin Sabirabad rayonuna göstərdiyi davamlı diqqət və qayğıya görə rayon əhalisi adından minnətdarlığını bildirdi.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin Eksponatları ilə tanış oldular.

Keçidlər