Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Baş Prokuroru Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

27 oktyabr 2017 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov oktyabrın 27-də Sabirabad rayon prokurorluğunun inzibati binasında Şirvan şəhərindən, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş Prokuror Zakir Qaralov və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 24 vətəndaş qəbul edilmişdir. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmış, qəbul zamanı bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.

Vətəndaşlar qəbul və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər