Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə tədbir keçirilmişdir

18 oktyabr 2017 | 16:00

Sabirabad Gənclər Mərkəzində «18 oktyabr - Dövlət Müstəqilliyi günü»nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Toplantını giriş sözü ilə açan rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev qeyd etmişdir ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.

İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Lakin qrup maraqları, şəxsi ambisiyalar milli müstəqilliyimizi təhlükə qarşısında qoymuşdur. Belə bir şəraitdə xalqımızın vüqarı və qeyrət simvolu Heydər Əliyevin xalqın təqidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətimizin müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.

Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov yığıncaqda geniş çıxış edərək qeyd etmişdir ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmişdir.

Tədbirdə gənclər adından çıxış edən Murad Həsənli müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamasından, torpaqlarımıza qarşı erməni təcavüzündən, böyük siyasi təcrübəyə malik, xalqın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmışdır.

Keçidlər