Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda pambıq yığımı ilə bağlı müşavirə keçirilmişdir

04 oktyabr 2017 | 16:00

Oktyabrın 4-də Sabirabad rayon Mədəniyyət Mərkəzində pambıq yığımı ilə əlaqədar müşavirə keçirilmişdir. Tədbirə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri, şirkət nümayəndədləri dəvət olunmuşdur.

Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. O müşavirə iştirakçılarının diqqətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişaf etdirilməsinin mühüm vəzifə kimi qarşıya qoyulduğuna, pambıqçılığın inkişaf etdirilməsinə xüsusi önəm verildiyinə yönəltmişdir. Nazim İsmayılov qeyd etmişdir ki, bu il rayonumuzda 15 min hektardan çox sahədə pambıq əkilmişdir. Sahələrə aqrotexniki qaydada qulluq edilmiş, bol məhsul yetişdirilmiş, pambıq yığımına başlanmışdır. Yığım başlanandan 6 min tondan artıq «ağ qızıl» tədarük edilmişdir. Pambığın vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilməlidir. Hava şəraiti imkan verən kimi yığımın sürəti artırılmalıdır. Rayon İcra Hakimiyyətinin başçısı pambıqdan gələn gəlirlərin əhalinin maddi vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir etdiyini, məşğulluğun artmasına çox köməklik göstərdiyini, əmək qabiliyyətli kənd sakinlərinin pambıq yığımına cəlb olunmasının vacibliyini xüsusi vurğulamışdır. Yığımda pambıqyığan kombaynlardan istifadə edilsə də əllə yığıma böyük ehtiyac vardır. Ərazi nümayəndələri, yerli bələdiyyələr bu işdə fəal olmalıdırlar. Hər sahədən ən azı 20 sentner məhsul toplanmalıdır. Toplanmış məhsul həmin gün məntəqələrə daşınmalı, pambığın saxlanılması texnologiyalarına düzgün əməl edilməli, pambıq zavodu və məntəqələrdə ictimai-iaşə xidməti təşkil olunmalıdır.

Nazim İsmayılov müşavirəyə yekun vuraraq digər məsələlərdən də ətraflı danışmış, aidiyyatı təşkilatlara tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər