Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidentindən 3 otaqlı mənzil hədiyyə

24 may 2012 | 15:00

Bu münasibətlə və evsiz olması səbəbindən kirayədə yaşadığı nəzərə alınaraq, həmin ailəyə Prezident İlham Əliyev tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti, bina 15, mənzil 6 ünvanında yerləşən, müasir tələblərə uyğun yaşayış şəraiti olan 3 otaqlı mənzil, eləcədə zəruri məişət avadanlıqları hədiyyə edilib.
Mayın 23-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov Sabirabad şəhərinə gələrək, üç əkiz uşaqlarının doğulması münasibətilə onların valideynlərinə və doğmalarına dövlət başçısının təbrikini çatdırıb və Azərbaycan Prezidenti adından yeni mənzili, həbelə zəruri məişət avadanlıqlarını gənc ailəyə təqdim edib.
Nazir onu da bildirib ki, bu ailə ünvanlı dövlət sosial yardımı ilə də təmin olunur. Bundan sonra da bu uşaqlar daim qayğı əhatəsində olacaq, onların sağlam və firavan böyüməsi üçün bütün lazimi işlər görüləcək.
Üçəmlərin valideynləri-Elşən və Səmayə Əliyevalar, onların doğmaları gənc Azərbaycan ailəsinə və gələcəyimiz olan uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə edərək, yeni doğulan əkiz övladlarını daim Vətənə və dövlətə sadiq, cəmiyyətə layiq vətəndaşlar kimi böyüdüb tərbiyə edəcəklərini bildiriblər.
Görüşdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da iştirak edib.

Keçidlər